
Balın faydaları illərdir tibb mütəxəssislərinin diqqətindədir. Foodinfo.az bildirir ki, “Tibb” ASC-nin qastroenteroloqu, PhD Evgeni Belousov gündə maksimum bir-iki xörək qaşığı balın sağlamlıq üçün təhlükəsiz qəbul dozası olduğunu açıqlayıb.
Mütəxəssis qeyd edib ki, bu miqdar insanın fərdi ehtiyacları və sağlamlıq vəziyyətindən asılı olaraq dəyişə bilər. Onun sözlərinə görə, lavanda balı yuxusuzluqdan əziyyət çəkənlər üçün faydalıdır.
Manuka balının isə antibakterial və iltihab əleyhinə təsiri var və xüsusilə immun sistemi zəif olanlara tövsiyə olunur. Kəklikotu balı immuniteti gücləndirməklə yanaşı, nəfəs yollarını təmizləyir və soyuqdəymə əleyhinə təsir göstərir.
Ekspert əlavə edib ki, qarabaşaq balı antioksidantlarla zəngindir və ürək-damar sağlamlığının qorunmasına kömək edir. Belousov balın keyfiyyətinə və miqdarına diqqət etməyin vacibliyini vurğulayıb.
O, sağlam orqanizm üçün balın müntəzəm və ölçülü istifadəsini məsləhət görüb.
Mənbə: RİA Novosti