Pomidor, xurma və kartofa bu il də böyük təlabatın olacağı gözlənilir. Əkin mövsümünun başlamasına sayılı həftələr qalmış priorıtet sahələr açıqlanıb. "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC-nin mətbuat xidmətinin rəhbəri Nicat Nəsirlinin sözlərinə görə, məhsulların ixrac strukturunda 26 milyon manatla ilk yeri pomidor tutur. Bu sahəyə qoyulan sərmayələr özünü bu sezon da doğruldacaq. Statistikaya görə, dövlət satınalan təşkilatlarının təlabatında mühüm yeri 27 milyon manatdan çox olmaqla ət məhsulları turur. Təsərrüfatçılar meyvə istehsalına da üstünlük verə bilərlər. Çünki Azərbaycan meyvələrinə də xarici bazarlarda maraq böyükdür. Gilas, şaftalı, alça, xurma, üzüm əsas tələb olunan məhsullardan hesab olunur. (Xezerxeber.az)