Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Sumqayıt şəhərində istixana komplekslərinin rəhbərləri ilə görüş keçiriblər.
Görüşdə istixanalarda fitosanitar tədbirlərin həyata keçirilməsi, yüksək toksiki ekoloji təhlükəli preparatların tətbiqi, ixrac qaydaları və bu sahədə mövcud qanunvericiliyin tələbləri ilə bağlı məlumat verilib. Sahibkarlara vəzifə və öhdəlikləri, fitosanitar sertifikatların verilməsi, istixanalarda pestisidlərin tətbiq zamanı sanitar-gigiyenik qaydalara əməl olunması, pomidor zərərvericiləri, xəstəlikləri və onlarla mübarizə yolları haqqında fikir mübadiləsi aparılıb və sahibkarlara metodiki tövsiyələr verilib.
Sonda sahibkarların sualları cavablandırılıb.
Son xəbərlər
- Alimlər qəhvənin arıqlamağa kömək etdiyini müəyyən ediblər
- Bu üsul sizi boyun ağrılarından xilas edəcək
- AQTA-nın monitorinqləri zamanı 40 müəssisədə nöqsanlar aşkarlanıb
- Bitki pəhrizi: müsbət və mənfi cəhətləri
- Kürdəmirdə fəaliyyət göstərən marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
- Bu səhv dişlərin saralmasına səbəb olur