Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin əməkdaşları daxil olan məlumat əsasında Balakən şəhəri Tofiq Quliyev küçəsində yaşayan Çonpuzov Elgün Zeynəddin oğluna məxsus həyətyanı sahəyə baxış keçirilib.
Baxış zamanı vətandaş Çonpuzov Elgün Zeynəddin oğlunun həyətyanı sahəsində qanunsuz və antisanitar şəraitdə kəsimi həyata keçirilən, təxmini çəkisi 64 kq olan at cəmdəyi aşkar edilib. Heyvan cəmdəyinə baxış keçirilən zaman onun bakterioloji çirklənməyə məruz qaldığı şübhəsi yaranıb.
Heyvan cəmdəklərindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.
Hazırda faktla bağlı araşdırma davam etdirilir.
Son xəbərlər
- Alimlər qəhvənin arıqlamağa kömək etdiyini müəyyən ediblər
- Bu üsul sizi boyun ağrılarından xilas edəcək
- AQTA-nın monitorinqləri zamanı 40 müəssisədə nöqsanlar aşkarlanıb
- Bitki pəhrizi: müsbət və mənfi cəhətləri
- Kürdəmirdə fəaliyyət göstərən marketdə istehlaka yararsız qida məhsulları aşkarlanıb
- Bu səhv dişlərin saralmasına səbəb olur