ABŞ-ın tənzimləyici qurumları heyvan hüceyrələrindən istifadə ilə laboratoriyada yetişdirilən toyuq ətinin satışına icazə verib.

Foodinfo.az xəbər verir ki, buna əsasən, Kaliforniyanın "Upside Foods" və "Good Meat" şirkətlərinə süni əti restoranlarda və ölkə daxilindəki supermarketlərdə təqdim edəcək.

Qərar hər iki şirkətin məhsullarının təhlükəsizliyini təsdiqləyən ABŞ-ın Dərmanlar və Qida məhsullarına nəzarət üzrə Administrasiyasnın (Food and Drug Administration) aylar çəkən araşdırmasından sonra verilib. "Good Meat" ilə tərəfdaşlıq edən "Joinn Biologics" istehsal şirkəti də laboratoriyada yetişdirilən ət istehsalı üçün icazəni alıb.

Bu innovativ ət heyvanlar üçün təhlükəsiz alternativ olsa da, nisbətən bahalıdır və ənənəvi ət kimi geniş miqyasda istehsal oluna bilməz. Bununla əlaqədar olaraq, "Upside" və "Good Meat" ilkin olaraq öz məhsullarını eksklüziv restoranlarda təqdim edəcək.

Nurlan