Məşhur “Səba” şirkətinin ət-süd dükanları şəbəkəsindən şikayət var. Foodinfo.az xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən biri əvvəlcədən endirim edilməsnə baxmayaraq, “Səba” ət-süd dükanları şəbəkəsinin buna əməl etmədiyini bildirib: “Səba” dükanlarında hər altı-bazar (şənbə-bazar – red.) 20% endirim yazılsa da, onlar buna əməl etmirlər! Aldığım kərə yağının qiyməti 13,95 manat, endirimli qiyməti 13,50 manat olsa da, kassa 13,95 manatdan vurdu və izah verə bilmədi! Kimə şikayət edək?” Qeyd edək ki, “Səba” ticarət nişanı hazırda “Səba” ASC, “Biləsuvar Aqro” MMC və “Qarabağ Taxıl” MMC  və “Dəvəçi Broyler Dərin Emal” MMC şirkətlərini birləşdirir. Foodinfo.az