
Nanə çayı sinir sistemini sakitləşdirir və axşam saatlarında rahat yuxuya kömək edir. Foodinfo.az bildirir ki, bu barədə fitoterapevt İrina Şarqorodskaya “MedikForum” saytına açıqlamasında danışıb.
Onun sözlərinə görə, nanənin tərkibindəki mentol maddəsi əzələləri rahatladır və zehni sakitləşdirir. “Axşam saatlarında içilən isti nanə çayı yuxuya getməni asanlaşdırır, eyni zamanda mədə-bağırsaq sisteminə də yaxşı təsir edir”, – deyə o bildirib.
Şarqorodskaya əlavə edib ki, nanə çayı təzyiqi azca sala bildiyi üçün hipertoniyası olan insanlara da uyğun içkidir. Mütəxəssis bu çayın gündə bir-iki fincan içilməsini məsləhət görür.