
Gündəlik yeməklərdə istifadə edilən sadə bir ədviyyat – kimyon – düşündüyümüzdən daha çox faydaya sahibdir. Türkiyəli fitoterapevt Sibel Yalçın kimyonun həm həzm sisteminə, həm də qan şəkərinə olan təsirini araşdıraraq maraqlı nəticələr əldə etdiyini bildirib.
Foodinfo.az yazır ki, onun sözlərinə görə, kimyon bağırsaq hərəkətlərini tənzimləyir, qaz və şişkinliyi azaldır, həmçinin mədə turşusunu balanslaşdırır. Daha da maraqlısı, bu ədviyyat insulin həssaslığını artıraraq tip 2 diabetin idarəsində faydalı ola bilər. Kimyon eyni zamanda dəmir baxımından zəngindir və qanazlığı yaşayan insanlar üçün təbii dəstək sayılır. Yalçın qeyd edir ki, kimyon yağı və ya çay şəklində də istifadə oluna bilər.
Onun antibakterial təsiri sayəsində nəfəs yollarının infeksiyalarında və boğaz ağrılarında da faydası vardır. Bu qədim Şərq ədviyyatı həmçinin bədəndə detoks prosesini sürətləndirir. Həkim tövsiyə edir ki, kimyonu qida əlavəsi deyil, gündəlik yeməklərə əlavə edilən forma ilə qəbul etmək daha effektivdir.