İrlandiyada oteldə məskunlaşan ukraynalı qaçqınlar etiraz aksiyası keçirib.

Foodinfo.az xəbər verir ki, etiraza səbəb İrlandiya hökumətinin onlara pulsuz yemək verməkdən imtina etməsi olub. 
Bildirilir ki, İrlandiya hökuməti ukraynalı qaçqınların yeməkləri üçün böyüklər üçün 10 avro və uşaq üçün 5 avro məbləğində məcburi ödəniş elan edib.
Ukraynalı qaçqınların fikrincə, qida “sağlam standartlara” və təklif olunan qiymətə cavab vermir.
Eyni zamanda, səlahiyyətlilər bildiriblər ki, otel rəhbərliyi yeni təlimatlara uyğun hərəkət edir və ukraynalılar yemək pulunu ödəməsələr, onlar bu yaşayış yerində qala bilməyəcəklər.

Fərid