Hindistandan olan bir jurnalist bildirib ki, doğuşdan beş ay sonra o, 25 kiloqram arıqlamağı bacarıb. O, sirrini The Times of India ilə söhbətində açıqlayıb.

Karnataka ştatının Banqalor şəhərindən olan 32 yaşlı Kriti Sonali hamiləliyi zamanı çox kökəlmişdi - çəkisi 100 kiloqrama çatmışdı. Uşaq dünyaya gəldikdən sonra Kriti uzun müddət doğuşdan sonrakı depressiyadan əziyyət çəkib. Arıqlamaq üçün ilk cəhdlər uğursuz olub.

İnternetdə ona yeni pəhriz seçməkdə kömək edən bir məşqçi tapıb. Qadın səhər yeməyində salat, smuzi, qoz-fındıq və yumurta yeməyə, naharda evdə hazırlanmış tərəvəz yeməyə, axşam yeməyində isə zülal kokteyli ilə şorba və ya tərəvəz yeməkləri yeməyə başlayıb. Sonali iddia edir ki, pəhrizini dəyişməsi sayəsində çəkisinin böyük hissəsini itirib.

Leyla