Cəfəri yemək bişirərkən tez-tez istifadə etdiyimiz sağlam göyərtilərdən biridir. Yeməklərə, salatlara çox gözəl dad verir və faydaları saysız-hesabsızdır. 

 Foodinfo.az-ın məlumatına görə, cəfəri A və C vitaminləri də daxil olmaqla antioksidantlarla zəngindir. Bədəndəki iltihabı azaldaraq aradan qaldırır. 

Tərkibində K vitamini olduğu üçün sümük sağlamlığını dəstəkləyir. 

Tərkibində lif olduğu üçün həzm sistemini tənzimləyir. 

Dəridə qocalma əlamətlərini azaldır

Bəs cəfəri arıqlamağa kömək edirmi?

 Cəfəri aşağı kalorili bir bitki olduğu üçün arıqlamağınıza kömək edə bilər. Yeməklərinizə əlavə edərək və ya yeməklərinizlə birlikdə istehlak edərək asanlıqla arıqlaya bilərsiniz. Tərkibində lif olduğu üçün toxluq hissini artırır. Çünki lifli qidalar sizi daha uzun müddət tox saxlayır. 

 Bu göyərti həm də yaxşı su mənbəyidir. Bu səbəblə susuz qalmanızın qarşısını alır. Cəfəri yeməklə də iştahınızı yatıra bilərsiniz. Bu şəkildə daha az kalori qəbul edərək arıqlaya biləcəksiniz.