Dərimizin qocalma sürətinə təsir edən səbəblərdən biri də qidalanmadır

Mütəxəssislər bildirir ki, keyfiyyətsiz, balanssız qidalanma şəkərli diabetin və "yaşa bağlı xəstəliklərin", o cümlədən arterial hipertenziya, ateroskleroz və demensiyanın yaranmasına səbəb olan proseslərin inkişafına əhəmiyyətli təsir göstərir.

Onların baş verməsinin qarşısını almaq üçün pəhrizin tərkibini və keyfiyyətini diqqətlə izləməyi şiddətlə tövsiyə olunur. Qızardılmış ət, xəmir, zərərli yağlar və tərkibində marqarin olan yeməklərin qəbulunu məhdudlaşdırın.

Yaşlı adamların bədədnində kifayət qədər lif istehlakı vacibdir - bu, yaxşı həzmi qorumağa və sürəti 50 yaşa qədər nəzərəçarpacaq dərəcədə azalan metabolik prosesləri stimullaşdırmağa kömək edəcəkdir.