Soyuq havaların gəlişi ilə bu günlərdə xəstəliklər artmağa başlayıb. Sanki qrip, qrip kimi soyuqdəymələr bəs etmirmiş kimi həm öskürək, həm də bəlğəm problemləri yaranır. Bu vəziyyətdə müxtəlif öskürək siropları və ya pastillər istehlak edilir. Bunlarla müqayisədə təbiətin bizə təqdim etdiyi müalicəvi qaynaqlar öskürəyi və bəlğəmi tez sağaldır.

Foodinfo.az xəbər verir ki, ev şəraitində asanlıqla hazırlaya biləcəyiniz bu güclü qarışım sayəsində ağciyərlərdə yığılan bəlğəmi çıxararaq bitməyən öskürəyə son qoyub rahat nəfəs ala bilərsiniz.

İmmunitet sistemini gücləndirən və güclü xüsusiyyətləri ilə xəstəlik əlamətlərini minimuma endirən bu qarışıma lazım olan materiallar aşağıdakılardır:

3 diş sarımsaq 

1 limon 

1 çay qaşığı toz zəncəfil 

1 çay qaşığı toz darçın 

4 xörək qaşığı bal 

4 mixək 

1 soğan 

2 stəkan su

Qarışımın hazırlanması:

Əvvəlcə uyğun bir qazanda suyu qaynadın. Sonra soğan və sarımsağı xırda doğrayaraq isti suya əlavə edin. Yaxşıca soyuduqdan sonra soğan və sarımsağı sudan çıxarın. Həmin suyu bir bankaya töküb üzərinə limon, zəncəfil tozu, bal və darçın əlavə edin. Mixəkləri də toz halına salıb həmin qarışığa tökün. Bütün inqrediyentləri yaxşıca qarışdırdıqdan sonra çalxalayın. Hazırladığınız bu möcüzəvi qarışımdan 1 həftə səhər və axşam tox mədəyə bir xörək qaşığı qəbul edə bilərsiniz.