Payız fəsli yalnız təbiətin rəngarəngliyi ilə deyil, həm də vitamin və mineral baxımından zəngin meyvə və tərəvəz bolluğu ilə seçilir.

Foodinfo.az xəbər verir ki, bu dövrdə yetişən məhsullar həm immunitetin güclənməsində, həm də soyuq havalara hazırlıqda mühüm rol oynayır.

Payız meyvələri:

Alma– C vitamini və liflə zəngindir, həzm sistemini tənzimləyir.

Armud – susuzluğu yatırır, mədə üçün yüngül və faydalıdır.

Nar – antioksidantlarla zəngin olub qan dövranını yaxşılaşdırır.

Üzüm – ürək-damar sağlamlığına dəstək verir, enerjini artırır.

Xurma – A və C vitamini ilə zəngindir, göz sağlamlığını qoruyur.

Heyva – mədə-bağırsaq problemlərinə yaxşı təsir edir.

Payız tərəvəzləri:

Balqabaq – beta-karotin və liflə zəngindir, immuniteti gücləndirir.

Kələm növləri (ağ kələm, gül kələmi, brokoli) – C vitamini və antioksidant baxımından çox dəyərlidir.

Çuğundur – qan azlığının qarşısını alır, qanın təmizlənməsinə kömək edir.

Kök – A vitamini qaynağıdır, göz və dəri sağlamlığı üçün vacibdir.

Kartof – kalium və B vitaminləri ilə zəngindir, enerji mənbəyidir.

Soğan və sarımsaq – təbii antibiotik təsiri göstərir, mövsümi xəstəliklərə qarşı qoruyur.

Payızın məhsullarını həm təzə, həm də müxtəlif bişirmə üsulları ilə (çiy, buxarda, sobada və ya şorba şəklində) qida rasionuna daxil etmək mövsümi vitamin çatışmazlığının qarşısını alır.