Holding marketlər şəbəkəsini genişləndirir
Şirkət xüsusən də bölgələrdə çoxlu sayda filiala sahib olan "Makromart” mağazalar şəbəkəsini satın alaraq öz şəbəkəsinə birləşdirib.
Artıq hər iki şirkət arasında alqı-satqı müqaviləsi imzalanıb. Sözügedən marketlər şəbəkəsinin "Bazar Store” brendi adı altında, yoxsa "Makromart” kimi fəaliyyət göstərəcəyi isə hələlik məlum deyil.
Digər bir məlumata görə şirkətin həm bölgələrdə, həm də paytaxt Bakıda fəaliyyət göstərən digər iki böyük marketlər şəbəkəsini də alacağı bildirilir. Bu iki market şəbəkəsinin də kifayət qədər filialları mövcuddur. Hazırda sözügedən iki market şəbəkəsi ilə danışıqlar davam etməkdədir.
Qeyd edək ki, ötən aylarda "Araz” marketlər şəbəkəsinə sahib olan "Veysəloğlu” şirkəti də "Favorit” marketlər şəbəkəsini satın almışdı. (Azxeber)
Son xəbərlər
- Xəstələnəndə yağlı yemək immuniteti azaldır
- AQTA-nın kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- Günəbaxan yağını harada saxlamaq lazımdır?
- Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi
- Prezidentdən 20 Yanvar faciəsi ilə bağlı paylaşım