Arıqlamaq prosesi bir çox insan üçün çətin bir səyahət ola bilər və bu proses zamanı sınaqdan keçirilmiş bir çox fərqli üsul arasında sağlam seçimlər etmək vacibdir. Balanslaşdırılmış pəhriz və müntəzəm məşq arıqlama prosesində əsas amillərdir. Ancaq bu prosesi sürətləndirmək və dəstəkləmək üçün müxtəlif təbii üsullardan da istifadə edilə bilər. Sağlam arıqlama prosesinə kömək edən təsirli üsullardan biri də türk qəhvəsidir.

Foodinfo.az-ın məlumatına görə, arıqlama prosesində təsirli olan darçın və türk qəhvəsi qarşımı maddələr mübadiləsini sürətləndirməyə və bədəndən toksinləri çıxarmağa kömək edir.

Qəhvəyə 1 çay qaşığı darçın əlavə edərək hərtərəfli qarışdırıb bu qarışımı hazırlaya bilərsiniz. Bu qarışım darçının antioksidan xüsusiyyətləri sayəsində maddələr mübadiləsinin aktiv fəaliyyətinə kömək edir. Eyni zamanda türk qəhvəsi tərkibindəki kofeinlə enerji səviyyəsini artırır. Darçın və qəhvənin birləşməsi iştaha nəzarətini dəstəkləyir, bu da kilo vermə prosesini sürətləndirməyə kömək edir. 

Ancaq hər kəsin metabolizmi fərqlidir, buna görə də arıqlama prosesinə başlamazdan əvvəl bir mütəxəssislə məsləhətləşmək vacibdir.