Gənc qalmaq, sağlam yaşamaq üçün qidalanmağın əhəmiyyəti mütəxəssislər tərəfindən tez-tez xatırlanır. Südün tərkibindəki mineral və vitaminlərin, dəri xərçəngi başda olmaqla digər dəri xəstəliklərininin yaranma riskini aşağı saldığı məlum olub. Foodinfo.az hekimtap.az saytına istinadla xəbər verir ki, mütəxəssislərə görə, gündə 1 stəkan süd ilə günlük sinko ehtiyacının 7 faizi, A vitamini ehtiyacının 8 faizini qarşılayır. Südün əsas faydaları hansılardır? - İnsulini tənzimləyir. - Tox tutar. - Sümüyün güclənməsinə kömək edir. - Uşaqların inkişafına müsbət təkan verir. - Ana südü, körpələrin inkişafı üçün yeganə qidadır. - Sümük əriməsinə qarşı mübarizə aparır. - Hüceyrələri yeniləyir. - Dəri infeksiyalarından qoruyur. - Dəri şişlərinə qarşı qoruyucudur. - Qeyd edək ki, klimaks keçirən qadınlara gündə 2 stəkan süd içmələri tövsiyə edilir.