Şorba yemək qastrit və mədə xorasının qarşısını almır. 

Foodinfo.az xəbər verir ki, bu barədə NEWS.ru-ya müsahibəsində qastroenteroloq Anastasiya Timoşenko danışıb.

Onun sözlərinə görə, bəzən şorbalar, əksinə, mədə-bağırsaq xəstəliklərinə səbəb olur.

Yaşlı nəsil tez-tez qastriti şorbadan imtina etməklə əlaqələndirir, lakin həkim burada səbəb-nəticə əlaqəsinin olmadığını bildirib. Bundan əlavə, bəzi mədə-bağırsaq xəstəlikləri zamanı, əksinə, şorba yemək məsləhət deyil, çünki bu yemək həcminə görə qarında ağırlıq və ya ağrıya səbəb ola bilər.

Mütəxəssisin dediyinə görə, şorbalar mədə-bağırsaq traktına o zaman faydalı ola bilər ki, qida rasionunda zülal, yağ, karbohidrat və mikroelementlərin tarazlığı iştahı pozmadan saxlanılsın. Bununla yanaşı, şorbaların qida rasionuna daxil edilməsi diskomfort, ağırlıq və ya xoşagəlməz simptomlar yaradırsa, onların əvəzinə bütün sağlam komponentləri özündə birləşdirən quru yeməklərlə kifayətlənmək lazımdır.

Nurlan