Endokrinoloq Yekaterina Yanq bildirib ki, qızardılmış qidaların həddindən artıq istehlakı ürək-damar sisteminin fəaliyyətinə mənfi təsir göstərə bilər. Foodinfo.az xəbər verir ki, bu barədə Rosbalt məlumat yayıb.

Ekspertin sözlərinə görə, qızardılmış qidaların tərkibində hidrogenləşdirilmiş bitki yağları şəklində olan çoxlu miqdarda trans yağlar var. 

Trans yağlar bişmiş məmulatlar, çipslər, tortlar və peçenyelərdə də olur. Mütəxəssis qeyd edib ki, çox vaxt bu məhsulların həddindən artıq istehlakı orqanizmə yağlı kolbasadan qat-qat mənfi təsir göstərir. O, pəhrizi sitrus meyvələri və avokado ilə zənginləşdirməyi məyi, həmçinin, mümkünsə, skumbriya və sarımsaq əlavə etməyi məsləhət görüb.