
Daim limonlu su içmək dişlərin sağlamlığına mənfi təsir göstərə bilər. Foodinfo.az bildirir ki, “SM-Stomatologiya” mərkəzinin həkimi Viktoriyə Kniss bu barədə açıqlama verib.
Həkim izah edib ki, limon turşusu dişin qoruyucu səthini əridir, onu məsaməli və kariesə daha həssas edir. Yəni, limonlu su dişlər üçün qoruyucu deyil, əksinə, onları zədələyə bilər.
Kniss həmçinin qeyd edib ki, dişlərə zərər verən digər amillərdən biri də yapışqan və şirin qəlyanaltılardır. Çips, kraker və quru çörək kimi məhsullar diş səthinə yapışaraq çatması çətin yerlərə nüfuz edir.
Həkim bildirir ki, limon turşusu ilə yapışqan qidaların birləşməsi diş kariesinin inkişafı üçün ideal şərait yaradır. Buna görə diş sağlamlığını qorumaq üçün bu cür içkilərin və qəlyanaltıların istehlakı məhdudlaşdırılmalıdır.