Balıq ən faydalı qida məhsullarından biridir. Sağlam həyat tərzi keçirən insanların əksəriyyəti belə hesab edir və bu barədə xeyli məlumata malikdirlər. Lakin elmi işçilər müəyyən ediblər ki, balıq ətindən həddindən artıq tez-tez istifadə etmək olmaz. "Apotheken Umschau" jurnalının səhifələrində Boston tədqiqatçılarının aşkar etdikləri faktlar dərc edilib. Məlum olub ki, bədəni yaxşı formada saxlamaq və özünü gümrah hiss etmək üçün həftədə bir dəfə balıq yemək kifayətdir.
"Newsland" portalında yer alan xəbərdə deyilir ki, Boston Tibb Məktəbinin mütəxəssisləri tərəfindən balığın faydalı keyfiyyətlərinin üzə çıxarılmasına dair aparılan təcrübədə 40 min kişi iştirak edib.
Alimlərin gəldiyi nəticəyə əsasən, sağlam və düzgün qidalanmaq üçün böyük miqdarda pul xərcləməyə ehtiyac yoxdur. Doğrudur, balıq ətinin tərkibindəki omeqa-3 turşusu damarın divarlarını müdafiə edir, lakin bunun üçün həftədə 1 dəfə balıq yemək kifayətdir. Jurnal alimlərin orta və daha yaşlı kişilərdə ürək-damar sistemi xəstəliklərinin profilaktikası üçün yağlılığı yüksək olan dəniz balıqlarını yeməyin faydası barədə də fikirlərini dərc edib. Bu siyənək və ya skumbriya ola bilər. (Sia.az)
Son xəbərlər
- Zəncəfilin həddindən artıq istifadəsi təhlükəlidir
- Alimlər zamanı geri qaytarmağa kömək edən maddə tapıblar
- Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub
- Kökəlməmək üçün makaron və kartofu necə bişirmək olar?
- AQTA işçi axtarır - VAKANSİYA
- Bu növ çayları yalnız qaynar su ilə dəmləmək lazımdır