Yorğunluğun əhəmiyyətli səbəblərindən biri qeyri-sağlam qidalanmadır. Buna görə də özünüzü zəif hiss etdiyiniz zaman bəzi qidaları qəbul edərək enerjinizi bərpa edə bilərsiniz.

Mütəxəssislərin fikrincə, zəif qidalanma, gündəlik işin intensivliyi, stress və qeyri-kafi yuxu yorğunluğun ümumi səbəblərindəndir. Təbii ki, bu vəziyyət bəzi sağlamlıq problemlərinə, xüsusilə anemiyaya görə də inkişaf edə bilər. Yorğunluğun başqa bir səbəbi də mövsümi dəyişikliklər ola bilər.

Özünüzü yorğun hiss etdiyiniz zaman sağlam qidalanmaya üz tuta bilərsiniz. Foodinfo.az yorğunluğu aradan qaldıran qidaları təqdim edir:

DƏNLİ BİTKİLƏR:

Karbohidratlar əzələlər və beyin üçün bir növ yanacaq deməkdir.Bu bitkilər lif tərkibi və B vitaminləri ilə zəngindir. 

TƏZƏ MEYVƏLƏR: 

Yorğun olduğunuz zaman yeməyə bir şey hazırlamaq belə sizə çətin gələ və ya vaxtınız məhdud ola bilər. Təzə, şirin, rəngli, lifli və şirəli meyvələr yorğunluğunuzu götürməyə kömək edəcək. 

MÜXTƏLİF SALATLAR: 

Zeytun yağı, sirkə və limon sousu ilə birləşdirilən rəngarəng salatlarınız sizə enerji verə və bədən müqavimətinizi artıra bilər. 

PAXLALI BİTKİLƏR:

Ətli quru lobya və ya tərəvəzli mərci şorbası soyuq havalarda dərman kimi olan qidalar arasındadır. Quru lobya, noxud və mərcimək əsəblərinizə faydalı olan və tərkibindəki yüksək bitki mənşəli protein, maqnezium və mis tərkibi ilə enerji verən sağlam karbohidratlardır. Əriyən və həll olunmayan lif quruluşu ilə bağırsaqları hərəkətə gətirir, faydalı bakteriyaları qidalandırır və qəbizliyin qarşısını alırlar. Bağırsaqlarda faydalı bakteriyaların sayını artırmağa kömək edirlər. 

ƏT, TOYUQ, BALIQ, YUMURTA: 

Enerji çatışmazlığının ən çox görülən səbəbi təbii ki, aclıqdır. Tərkibində yüksək protein olan yeməklər aclığı tamamilə həll edəcək variantlar arasındadır. Bədənimizin digər qidalar kimi gündəlik proteinə də ehtiyacı var. Bu ehtiyac ödənilmədikdə orqanizmin müqaviməti azalmağa və bədəndə şişlik və ödem artmağa başlayır.

AĞARTILAR:

Süd qrupu qidaları kalsium, fosfor, maqnezium və D vitamini ehtiva edir. Bu qidalar qan təzyiqini tarazlaşdırmağa, sizi sakitləşdirməyə, skelet və əzələ sistemlərinin normal ritmində irəliləməsinə kömək edir. 

QOZ-FINDIQ:

Aclığa ən sürətli və ən sağlam həlli təmin edən qoz, badam, fındıq, fıstıq, balqabaq tumları, günəbaxan tumları, püstə tərkiblərindəki faydalı yağ turşuları ilə balanslı toxluq hissi verir.