“Ukraynadan taxıl ixracının təşkili ilə bağlı danışıqlar davam edir, indiki şəraitdə gübrə istehsalı son dərəcə vacibdir”.
Foodinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik məlumat verib.
“Danışıqlar davam edir. Təbii ki, gübrələr məlum səbəblərə görə həyati əhəmiyyət kəsb edir” – deyə nümayəndə bildirib.
O, müzakirələrin əsas detallarını açıqlamaqdan imtina edib.
Cüjarrik əlavə edib ki, taxıl təchizatı problemləri təkcə ərzaq təhlükəsizliyinə deyil, həm də heyvandarlıq sektoruna təsir göstərir.