Çiyələyin sağlamlığa bir çox faydası var.
Mütəxəssislərin sözlərinə görə, çiyələyin tərkibindəki fitoestrogenlər qadınlarda hormonal tarazlığın qorunmasına kömək edir. Yüksək bioflavonoid tərkibinə görə giləmeyvə damar və ürək üçün də faydalıdır.
Çiyələk həzmə və iştahaya müsbət təsir edir, eyni zamanda orqanizmin ultrabənövşəyi şüaların təsirini daha asan dəf etməsinə kömək edir.
Mütəxəssislər keyfiyyətli çiyələk tapmaq ehtimalı yüksək olan mövsümün tam başlamasını gözləməyi məsləhət görür (axşam.az)






