Balın keyfiyyətini yalnız ev şəraitində aparılan sadə üsullarla dəqiq müəyyən etmək mümkün deyil. Balın həqiqiliyini təsdiqləməyin ən etibarlı yolu laboratoriya analizləridir. Bununla belə, bəzi əlamətlər balın keyfiyyəti haqqında ilkin fikir verə bilər.

Foodinfo.az bu əlamətləri təqdim edir:

1 Kristallaşma 

Təbii bal zamanla kristallaşa bilər. Bu, balın saxta olduğunu deyil, əksinə çox vaxt təbii olduğunu göstərir. Kristallaşma sürəti balın növündən asılı olaraq dəyişir.

2. Ətir və dad

Həqiqi balın özünəməxsus çiçək və ya bitki mənşəli ətri olur. Dadı isə yalnız şirin deyil, növündən asılı olaraq fərqli çalarlar daşıya bilər.

3. Qatılıq

Təbii bal adətən qatı olur və qaşıqdan axarkən nazik sap şəklində uzanır. Lakin bu xüsusiyyət təkbaşına balın həqiqiliyini sübut etmir.

4. Su testi və ya kibrit testi

Balın suya tökülməsi, yanması və ya kibritlə yoxlanılması kimi üsulların elmi etibarlılığı yoxdur. Bu testlər balın həqiqiliyi barədə dəqiq nəticə vermir.

5. Kristallaşmayan bal mütləq saxtadır

Bu da yanlış fikirdir. Bəzi bal növləri uzun müddət maye halda qala bilər.

Bal alarkən etibarlı istehsalçı və ya arıçılara üstünlük vermək, məhsulun mənşəyinə və saxlanma şəraitinə diqqət yetirmək tövsiyə olunur.

Nəticə olaraq, balın həqiqi olub-olmadığını tam dəqiqliklə müəyyən etməyin ən etibarlı yolu laboratoriya analizidir. Ev üsulları isə yalnız təxmini məlumat verə bilər.