
Bakı şəhərində marketdə satıcı işləyən qızı avtomobil vurub.
Yol-nəqliyyat hadisəsi Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib.
"Bakı fəhləsi" kimi tanınan ərazidəki marketdə satıcı işləyən 1997-ci il təvəllüdlü Xədicə Zeynalova evə getmək üçün yolu keçərkən onu "Lexus" markalı minik avtomobili vurub. Yaralı sürücünün köməkliyi ilə özəl klinikaların birinə yerləşdirilib. Klinikanın həkimləri onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinə məlumat verilib. (Report)