Bal yalnız şirin qida məhsulu deyil, tərkibində müxtəlif karbohidratlar, üzvi turşular, vitaminlər, minerallar və digər bioloji aktiv maddələr olan mürəkkəb təbii məhsuldur. 

Foodinfo.az AQTİ-yə istinadla bildirir ki, balın keyfiyyətinin qorunması üçün onun sərin, quru və günəş işığından uzaq şəraitdə, uyğun qabda saxlanılması vacibdir.

Balın təbii və ya saxta olmasını ev şəraitində aparılan üsullarla dəqiq müəyyən etmək mümkün deyil. Bu məqsədlə yalnız laborator analizlərin nəticələri etibarlı hesab olunur.

Sağlamlığınız üçün etibarlı mənbədən alınmış balı seçin və düzgün saxlanma qaydalarına əməl edin!