Heyvan mənşəli qida məhsulları və əlavə məhsullar mövcuddur.

Foodinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiq olunan “Heyvan və quş kəsimi məntəqələrinə dair baytarlıq-sanitariya normaları və qaydaları”na əssən, heyvan mənşəli qida məhsullarına insanların qidalanması üçün yararlı olan ət (heyvan və quş əti), balıq və balıq kürüsü, molyuska, xərçəngkimilər və digər suda yaşayan onurğasızlar (dəniz məhsulları) və sub məhsullar daxildir. Sub məhsullara heyvan və quş kəsimi zamanı əldə edilən və istehlak üçün yararlı olan qida məhsulları aiddir. Bu məhsullara isə heyvanın dili, böyrəkləri, beyni, ürəyi, qaraciyəri, ağciyəri, işgənbəsi, dalağı, diafraqması, quyruğu və s.aid edilir. 

Heyvan mənşəli əlavə məhsullara gön, dəri, yun, tük, lələk, sümük, buynuz, dırnaq və bu kimi qida üçün yararsız olan digər heyvan mənşəli xammal daxildir.