Rosselxoznadzorun Moskva və Tula vilayətləri üzrə İdarəsi fitosanitar nəzarət postunda Serbiyadan idxal olunan armuda baxış keçirib.  Foodinfo.az İdarənin rəsmi saytına istinadla xəbər verir ki, məhsulda Avrasiya İqtisadi İttifaqının ərazisində olmayan karantin zərərvericisi - qəhvəyi mərmər böcəyi (Halyomorpha halys Stal) müəyyən olunub.

"Ümumrusiya Bitki Karantini Mərkəzi" mütəxəssisləri tərəfindən aparılan laboratoriya müayinə zamanı zərərvericinin canlı olduğu təsdiqlənib.

Rusiya Federasiyasının fitosanitar qanunvericiliyinə uyğun olaraq, çirklənmiş məhsullar Serbiya ərazisinə geri qaytarılacaq.  

Qeyd edək ki, qəhvəyi mərmər böcəyi 49 ailədən 100-dən çox bitki növü ilə qidalanan aqressiv zərərvericidir. Ən çox meyvə və giləmeyvələrə (əsasən üzüm), tərəvəz və taxıl bitkilərinə zərər verir.