Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) xarici ölkələrdə fəaliyyət göstərən və respublikamıza yüksək risk qrupuna aid heyvan mənşəli qida məhsulları idxal edən obyektlərin qiymətləndirilməsi və təsdiqi prosesini davam etdirir. Müəssisələrin qiymətləndirilməsi yerində qiymətləndirmə və ya vizualizasiya (videogörüntü) yolu ilə həyata keçirilir.

Foodinfo.az xəbər verir ki, bu çərçivədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən Türkiyə Respublikasının Qırxlareli vilayətinin Lüleburqaz şəhərində yerləşən “Danone Tıkveşli Gıda ve içecek San. Ve Tic. A.Ş.” və Çanaqqala vilayətindəki "Eceabat Süt Ürünleri Tar. San. Ve Tic. Ltd. Şti.” adlı süd məhsulları istehsalı müəssisələrində “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələbləri üzrə qiymətləndirmə həyata keçirilib. Qiymətləndirmə zamanı qeyd olunan müəssisələrin ixrac potensialı, gigiyenik vəziyyəti, qida təhlükəsizliyi üzrə tələblərin qarşılanma səviyyəsi, məhsulların izlənəbilmə sistemlərinin mövcudluğu və digər məqamlar nəzərdən keçirilib, təhlil aparılıb.

Qiymətləndirmənin nəticəsinə uyğun olaraq, sözügedən müəssisələr AQTA tərəfindən təsdiq edilib. 

Qeyd edək ki, bu ilin ötən dövründə Agentlik tərəfindən ümumilikdə 33 xarici qida obyekti təsdiqlənib.

Onu da bildirək ki, qanunvericiliyə əsasən, xarici qida obyektləri təsdiq olunmadığı təqdirdə, bu cür müəssisələrdən ölkəmizə yüksək risk qrupuna aid heyvan mənşəli qida məhsulları idxal edilə bilməz