Fosforlu gübrələr artıq uzun illərdir ki, təsərrüfatlarda məhsul yetişdirmək üçün bir çox əziyyətlərə qatlaşan zəhmətkeş əllərin sevimli dostuna çevrilib. Sözügedən gübrə növü fermerlərin işlərini asanlaşdıraraq, məhsuldarlığın artmasında, meyvə və tərəvəzlərin bənzərsiz dada sahib olmasında böyük rol oynayır. 

Bəs gəlin görək, Fosfor Gübrəsi nədir?

Daha dəqiqliklə ifadə etməli olsaq, fosforlu gübrə dedikdə tərkibində fosfor, azot və kalium kimi vacib elementlərin yer aldığı bitki bəsləmə vasitəsi başa düşülür. Fosforlu gübrələr torpağın münbitliyinə mənfi təsir göstərmədən, həmçinin, torpaq örtüyünün sıradan çıxmasının qarşısını alır. Tətbiqi zamanı suda həll olunan növlərinə üstünlük verilməsi tövsiyə olunur.

Fosforlu Gübrələrin Bitkilər Üçün Hansı Faydaları Var?

Bütün bitki bəsləmə vasitələri kimi fosfor gübrələri də bitkilərin inkişafında özünəməxsus rola malikdir.
•    Bitkilərin böyüməsini və inkişafını sürətləndirir
•    Kök sistemini gücləndirir
•    Çiçəklənməni və meyvə formalaşmasını stimullaşdırır
•    Xəstəliklərə qarşı müqaviməti gücləndirir
•    Məhsuldarlığı artırır

Bitkilərdə Fosfor Çatışmazlığını Necə Müəyyən Etmək Olar?

Bitkilərdə inkişaf mərhələsi standartlara uyğun qaydada getmədikdə, qida çatışmazlığı yarandıqda özünü bir növ müxtəlif əlamətlərlə büruzə verir. Fosfor əskikliyi də müxtəlif bitkilərdə özünəməxsus əlamətləri ilə müşahidə olunur.

Fosfor çatışmazlığı olan bitkilərin yarpaqları daha tünd və yaşıl rəngdə olur. Əvvəlcə köhnə yarpaqlarda, sonra isə gənc yarpaqlarda tünd yaşıl rəngə boyanma gözə çarpır. Həmçinin, bəzi bitkilərdə yarpaqlarda qara, qəhvəyi, bənövşəyi ləkələr meydana gəlir. Gənc yarpaqların böyüməsi dayanır. Bir müddət sonra yarpaqların tökülməsi baş verir. Eyni zamanda meyvələrin yetişmədən saralması, tökülməsi də fosfor çatışmazlığından qaynaqlanır.

Fosforlu Gübrələrin Hansı Növləri Var?

Fosforlu gübrələr tərkibində azot, fosfor və kaliumun birləşməsi nəticəsində əldə olunan bitki bəsləmə vasitəsidir. Adı çəkilən elementlərin faiz göstəricilərinə uyğun olaraq fosfor gübrələri bir neçə növə bölünür:


•    DAP (Diammonium Fosfat) - Azot 18% və Fosfor 46%
•    TSP (Üçqat Super Fosfat) - Fosfor 43-44%
•    NP - Azot 20% və Fosfor 20%
•    NPK - Azot Fosfor Kalium
•    MAP (Monoammonium Fosfat) - Fosfor 11-12% və Azot 22%
•    MKP gübrəsi (Mono Kalium Phospate) - Kalium və Fosfor

və s.

Fosfor Gübrəsi Necə Tətbiq Olunur?

Torpaqda fosfor çatışmazlığının səviyyəsini, həmçinin, torpağın tərkibində yer alan qida maddələrinin miqdarını müəyyən edərək müvafiq gübrə növünün tətbiqi məqsədəuyğundur. Bu halda torpağın və bitkilərin zərər görməsinin qarşısı alınır. Fosforun effektiv tətbiqi zolaqlar (lentlər) şəklində həyata keçirilir. Əkindən əvvəl və ya əkin zamanı torpaq dərinliklərinə basdırılaraq tətbiq edilir.

Fosforlu Gübrələrin Tətbiqi Zamanı Nələrə Diqqət Yetirilməlidir?

Torpaq temperaturunun və rütubətliliyinin normal səviyyədə olmasına diqqət yetirilməlidir. Çünki, yüksək temperaturda fosforun udulması azalır. Rütubətlilik səviyyəsinin aşağı olması fonunda, fosforun nəmi udması isə quraqlığa səbəb ola bilir. Meyvələrdə meyvə yığımından və ya yarpaq tökülməsindən sonra, tərəvəzlərdə əkin zamanı kök dərinliyinə qədər tətbiqi həyata keçirilir. Gübrənin toxum və ya köklərlə birbaşa təmasda olmamasına diqqət yetirilməlidir.

Fosfor Gübrələrini Haradan Əldə Etmək Olar?

Mütəxəssislər ölkəmizdə torpaqların münbitliyini qorumaq, təsərrüfatların məhsuldarlığını artıraraq, yüksək keyfiyyətli məhsullar yetişdirmək üçün təyinatı üzrə, həmçinin, rəsmi sertifikatlarla istifadəsi təsdiqlənmiş bitki bəsləmə və qoruma vasitələrindən istifadə etməyi tövsiyə edir. Yüksək keyfiyyətli və münasib qiymətli fosfor gübrə çeşidlərini paytaxtımızda və bölgələrimizdə 200-dən çox satış nöqtəsi ilə təmsil olunan gubre.az aqrar ticarət şəbəkəsindən əldə etmək mümkündür. Hazırda müştərilərə aşağıdakı çeşidlər üzrə fosfor gübrələri təqdim olunur.

Fermerlərimiz 828 qısa nömrəsi ilə əlaqə saxlayaraq, həmçinin, gubre.az-a məxsus sosial media hesablarına (Facebook, Instagram, LinkedIn) müraciət edərək sifarişlərini həyata keçirə bilər.