“Avrora” MMC “Ümid yeri” uşaq sığınacağında məskunlaşan kimsəsiz uşaqlar üçün Yeni il şənliyi təşkil edib. Uşaq əyləncə mərkəzində keçirilən görüşdə uşaqlar həm gün ərzində müxtəlif oyunlar oynayıb, həm də animator və cizgi film personajlarının iştirakı ilə keçirilən şou proqrama qatılıblar.

Tədbirin sonlarında Şaxta baba uşaqların arzularını həyata keçirib. Uşaqlara isti geyimlər və hədiyyələr verilib. Sosial aksiyanın məqsədi həssas qruplara aid olan uşaqlara sevinc bəxş etmək, cəmiyyətdə sosial məsuliyyət və qayğı hissini daha da artırmaqdır.

“Avrora Qrup” 2023-cü ildə “Korporativ sosial məsuliyyət proqramı”nda xüsusi qayğıya ehtiyacı olan və həssas qruplara aid uşaqları daim diqqət mərkəzində saxlayıb və 2024-cü ildə də silsilə tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

https://youtu.be/B7dL2UaGkgk?si=HXbxkigPBj1N9Pas&t=56

#AvroraQrup #AvroraMMC #Avroramektub #Yeniil #bayramhediyyesi #Şaxtababa #sosialproqram #uşaqevi