Türkiyədə havaya qalxmağa hazırlaşan təyyarədə bir sərnişin uşaq dünyaya gətirib. Qadın doğum sancısı keçirən zaman təyyarə uçuş-enmə zolağında olub.

Foodinfo.az “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, hadisə “Pegasus” Hava Yollarına məxsus təyyarənin göyərtəsində baş verib.

Təyyarə Türkiyədən Fransaya uçmalı idi, lakin uçuşa hazırlaşarkən sərnişinlərdən biri qəfildən doğuş sancısı keçirib. 30 həftəlik hamilə qadının köməyinə stüardessalar və feldşer çatıb və onlar körpənin dünyaya gəlməsinə kömək ediblər. Doğuşdan bir neçə dəqiqə sonra körpə və ana hava limanının həkim briqadasına təhvil verilib.