ABŞ-da timsah ovçuları dörd metrlik timsahı diri tutaraq Missisipi ştatında yeni rekorda imza atıblar. 

 Foodinfo.az bildirir ki, bu barədə WFTV məlumat yayıb.

Nəhəng timsah Tanner Uayt, Don Vuds, Uill Tomas və Coi Klark tərəfindən tutulub. 

Belə ki, Amerikalılar iri heyvanı tapmaq üçün avqustun 25-də axşam saatlarında Yazoo çayına ova çıxıblar. Onlar bir neçə üçmetrlik timsah görsələr də ovlamayıblar. Bir müddətdən sonra ovçular 4 metrlik timsahın izinə düşüblər. 

Altı saatlıq mübarizədən sonra onlar timsahı diri tuta biliblər.

Məlum olub ki, timsahın uzunluğu 4,3 metr, çəkisi 364 kiloqramdır. O, 2017-ci ildə tutulan ən uzun Missisipi timsahıdan yeddi santimetr uzundur.