Amerikalı bir adam bir musiqi janrına olan nifrəti sayəsində 100.000 dollar qazanaraq varlanıb. Bu barədə UPI məlumat yayıb.

Merilenddən olan Kennet Metyu müntəzəm olaraq Capital Heightsdakı evinin yaxınlığındakı Mərkəzi Exxon yanacaqdoldurma məntəqəsindən qaz alıb. Orada o, Vaşinqtonda yaranmış funk alt janrı olan “go-go” üslubunda mahnılar ifa edən işçi ilə daim mübahisə edirmiş.

Bir gün Metyu yenidən yanacaqdoldurma məntəqəsində olarkən satıcılardan biri ilə 30 dollara yerli lotereya bileti almağın faydalarını müzakirə edib. Həmişə amerikalının nifrət etdiyi musiqiləri ifa edən işçi həmin bu lotereya biletini alsa, musiqini söndürəcəyini bildirib. Metyu bununla razılaşıb.

Biletin üzərindəki qoruyucu təbəqəni siləndə əvvəlcə min dollar qazandığını düşünüb. Kişi bileti dostuna göstərib və o, mükafatın 100 min dollar olduğunu bildirib.