Flipkart e-ticarət şirkətindən qovulan hindistanlı ofisi külli miqdarda qarət edib. Bu barədə “India Today” məlumat yayıb.

Sumit adlı şəxs oktyabr ayında işdən çıxarılıb. Narazı işçi Anil və Sandeep adlı iki şəriki ilə birlikdə Haryana ştatının Sonipat şəhərindəki şirkətin ofisini qarət etmək qərarına gəlib. Oktyabrın 16-da oyuncaq silah və balta ilə silahlanmış şəxslər binaya daxil olaraq orada olanları hədələyib və 2,1 milyon rupi götürüblər.

Oğurluqdan bir ay sonra polis Sumit və Anılın izinə düşərək həbs edə bilib. Cinayətkarlardan avtomobil, oyuncaq silah, balta və 630 min rupi götürülüb. Hazırda polis Sumitin ikinci şərikini axtarır və cinayətkarların götürdükləri yerdə qalan pulların harada olduğunu müəyyənləşdirir.