Bu il Azərğbaycanda ciddi su problemi yaşanır. Həm içməli su qıtlığı, həm də suvarma ilə bağlı çətinliklər bir neçə aydır ki, müşahidə olunur. FED.az xatırladır ki, bu məsələ hətta ölkə rəhbərliyində müzakirə edilir və su problemləri ilə bağlı xüsusi komissiya da (baş nazirin müavini Şahin Mustafayev) yaradılıb. Əlbəttə ki, Kürün suyunun azalması, iri dənizlərin və okeanların çirklənməsi və qlobal su problemi bir insanın və ya ölkənin həll edəcəyi problem deyil. Amma suya qayğı ilə yanaşmaq, məsələn onu israf etməmək olar. Bu təkcə suya deyil, ərzaq məhsullarına və geyimə də aiddir. Hələliksə ilk addım suyu qorumaq – ondan qənaətlə istifadə etməkdir. Əslində suya qənaət ailənin özünə də sərfəlidir, az istifadə - az xərcdir. Su xərclərinə, ən əsası içməli suya necə qənayət etmək olar? FED.az bunun üçün 9 sadə qaydanı təqdim edir. 1. Evdə sayğac yoxdusa, sayğac qoyun Bu yolla yolla siz öz istifadə etdiyiniz suyun pulunu ödəyəcəksiz, bütün bina və məsuliyyətsiz qonşuların pulunu yox. 2. Xarab santexnikanı ya dəyişdirin, ya da təmir etdirin Xarab olmuş, su axıdan unitaz ildə təxminən yetmiş iki min litr (72 kubmetr) boşuna sərf olunan sudur. Bunu pula çevirəndə (kubu 8 manatdan) təqribən 575 manat edir. Xarab kran gündə 200 litr, ayda 6 min litr su itkisi deməkdir. Qiymətini özünüz hesablaya bilərsiniz. Axıradək bağlanmayan kran, su buraxan borular və sair. Bunlar hamısı əlavə xərc və su itkisidir. 3. Qənayətcil santexnika quraşdırın Əslində belə texnikalar əksər yerlərdə artıq quraşdırılıb. İki düyməli unitaz, su şırnağını səpələyən və gücləndirən duş ucluqları, kran ucluqları və sair. Bütün bunlar suyu daha qənaətlə istifadə etməyə şərait yaradır. 4. Sudan istifadə etməyəndə, kranı bağlayın Necə deyərlər, bütün xalqların və dövrlərin əsas problemi. Üz qırxanda və ya dişi yuyanda suyu bağlayırsınız? Bəs duşda sabunlanarkən necə? Xırdalıqlardır, əlbəttə. Amma məhz bu vərdişlərə görə, böyük su itkiləri baş verir. Xəbəriniz varmı ki, suyu bağlamayıb dişləri yuyanda düz 45 litrə yaxın su israf olunur? Cəmi 3 dəqiqəyə! Çıxış yolları var, sadəcə suyu bağlamaq. Məsələn, ağzı yaxalamaq üçün, stəkana su doldurun. Cəmi yarım litrlə məsələ həll olunacaq. 5. Qab yuyanda suyu açıq qoymayın Hamamdakı pis vərdişlər mətbəxdə daha byöük miqyasda təkrar olunur. Baxın, tam açıq kran on dəqiqəyə yüz əlli litr su sərfi deməkdir. Axı bağlı kranla da qabları təmizləmək və qab yuyanla yumaq, axan su altında yalnız yaxalamaq olar. Belə vəziyyətdə kran 10 dəqiqə əvəzinə, cəmi 3-4 dəqiqə açıq qalacaq - təxminən 100 litrə qənaət (80 qəpik). Eləcə də, qab yuyanda yuyucu vasitələri israf etməyin. Əvvəla, kimyəvi maddələrdən çox istifadə sağlamlığa zərərlidir. İkincisi, yuyucu vasitələrdən çox istifadə etdikcə, onu qabdan yuyub təmizləmək də çətinləşir və buna daha çox su gedir. 6. Tərəvəz və meyvələri axar suda yumayın Yay mövsümü meyvə-tərəvəzin ən çox istifadə edildiyi vaxtdır. Amma axar su ilə yuyulduqda böyük su sərfi də yaradır. Onu görə də, ən yaxşısı meyvə-tərəvəzi su doldurulmuş qabda yumaqdır. Bir böyük qazandakı 3 litr su 15 litr axar suyu əvəz edə bilər. 7. Paltaryuyan maşın dolu olanda istifadə edin Paltaryuyan maşında yuma zamanı bir yuyuluşa sərf olunan minimal su həcmi, otuz səkkiz litrdir, maksimal həcm isə səksən litrə çatır. Ona görə də birdəfəyə çoxsaydı paltar yumaq yaxşıdır. Bu həmçinin enerjiyə qənaətə də imkan verər. 8. Ərzaqların buzunu axar su ilə açmayın Bəzən xanımlar donmuş ərzağın donunu açmaq üçün onu axar suyun altına qoyurlar. Amma bu su israfından savayı, həm də məhsulun  keyfiyyətinin azalmasına səbəb olur. Ən yaxşısı öncədən ərzaqları buzxanadan soyuducuya qoymaqdır. 9. Əgər vacib deyilsə, kranı tam açmayın Bu çox kiçik, hətta ilk baxışdan mənasız məsələ görünə bilər. Amma su kranının tam və ya yarımçıq açılmiası su sərfini 2-3 dəfə artırır. Ona görə də əgər doğrudan da təziyiqli su lazım deyilsə, əli yumaq və ya qabları yaxalamaq üçüe lazımdırsa, kranı tam açaraq, suyu boşuna sərf etməmək tövsiyə olunur.