ABŞ sakini, 61 yaşlı Tiamat Meduza "Harry Potter" filminin personajından ilhamlanaraq cinsi olmayan əjdahaya oxşamaq üçün onlarla plastik əməliyyat keçirib və burnunu kəsdirib. 

Foodinfo.az xəbər verir ki, bu barədə "Daily Star" yazır.

Özünü Legion adlandıran qadın əjdaha kimi görünmək üçün 60 min dollardan çox pul xərcləyib. Qadın dilini iki yerə bölüb, özünə buynuzlar qoydurub və bədənini əjdaha dərisini xatırladan döymələrlə örtüb. O, həmçinin, qulaqlarını da kəsdirib və gözlərinin ağını yaşıl rəngə boyanıb. 

Meduzanın əsas məqsədi, özünün dediyi kimi, "cinssiz əjdaha olmaq"dır.

Meduzanın son əməliyyatlarından biri burnunu "düzləşdirmək" olub. Cərrahlar onu demək olar ki, tamamilə ediblər və hazırda yalnız burun dəlikləri görünür. Bu, qadının üzünü ilana və ya əjdahaya daha da bənzədib. 

Meduza jurnalistlərə bildirib ki, bu dəyişikliyin daha bir səbəbi Volan-de-Mort personajının olduğu "Harri Potter" filmləri olub. Legion ilanı xatırladan bu mənfi obraza aşiq olub və ona oxşamaq istəyib. 

"Mən Vol-de-Mortla evlənmək istərdim, biz gözəl bir cütlük olarıq", - deyə o, fikrini bildirib.

Leyla