Rusiyada yaşayan nəhəng pişik arxa ayaqları üzərində dayanaraq qapının dəstəyinə çatmağı öyrənib.

Foodinfo.az bildirir ki, bu barədə “Daily Mirror” məlumat yayıb.
Kefir ləqəbli Maine Coon Starı Oskoldan olan Yuliya Mininaya məxsusdur. Öz hesabını alanda o, sosial şəbəkələrin əsl ulduzuna çevrilib. Kefirin inanılmaz ölçüsü ilə cəlb olunan 80 minə yaxın abunəçisi var.
Bu yaxınlarda pişiyin sahibəsi Yulia Kefir ilə yeni bir video nümayiş etdirib. O, arxa ayaqları üzərində dayanaraq, ön ayaqları ilə asanlıqla qapı dəstəyinə çatır və hətta aça bilir.

Leyla