Düzgün qidalanma dərinizin mümkün qədər uzun müddət təravətli və gənc görünməsini təmin edir.

Aztibb.az news.ru-ya istinadən xəbər verir ki, diyetoloq Zoya Boqdanovanın fikrincə, gavalı hüceyrələrin qocalmasının qarşısını ala bilər.

Mütəxəssis qeyd edib ki, bu meyvə üz dərisi üçün faydalıdır, onun tərkibində A və B qrupunun vitaminləri var. Bundan əlavə, onlar maqnezium, dəmir, kalsium və sərbəst radikalları neytrallaşdıra bilən maddələrlə zəngindir.

“Beləliklə, gavalıdan istifadə qocalma prosesini, yəni hüceyrələrin oksidləşməsini ləngidir. Nəticədə dəri daha hamar və elastik olur”, - deyə mütəxəssis izah edib.

Diyetoloq əlavə edib ki, gündə orta hesabla ən azı 300 qram aşağı glisemik indeksli meyvələr, o cümlədən gavalı yeyirsinizsə, o zaman insanın rəngi dəyişəcək və dəri elastikləşəcək.