Texnologiya və qacetlər dünyasında çoxlu yeniliklər baş verir. Böyük istehsalçılar əmtəə nişanlarını və patentləri qeydiyyata almaqla daim bir-biri ilə rəqabət aparırlar.

Foodinfo.az xəbər verir ki, rəqiblərindən geri qalmamağa çalışan "Meizu" şirkəti ürək döyüntüsünü və qanda oksigen səviyyəsini (SpO2) ölçə bilən eynəkləri patentləşdirmək üçün müraciət edib.

Patent sənədləri cihazın ağıllı eynək korpusu, burun yastiqciqları və sağlamlıq sensorları kimi komponentləri ehtiva etdiyini göstərir.

Maraqlıdır ki, ürək döyüntüsünün və SpO2-nin ölçülməsi üçün sensorlar burun yastıqlarında yerləşərək buruna toxunur. Bu üsul göstəricilərin dəqiqliyini artırır.

"Meizu" patent üçün müraciətini biraşa yox, 2021-ci ildə qurulan yeni bir şirkət adından edib. Lakin hər iki şirkətə eyni şəxs rəhbərlik edir.

Yeni şirkət "Hubei Xingji Meizu Technology Co., Ltd" adlanır. və mobil telefonlar, inteqral sxemlər, elektron məhsullar və peyk mobil telefonları istehsal edir.

Fərid