"Apple" şirkəti süni intellektə investisiyaları artırır və onun inkişafına hər gün milyonlarla dollar sərmayə qoyur. 

 Foodinfo.az xəbər verir ki, bu barədə "The Information" yazır. 

Belə ki, texnologiya nəhəngi "Siri"ni təkmilləşdirməyə çalışır. Məsələn, siz ondan son beş fotoşəkildən GIF yaradıb, dostunuza göndərməyi xahiş edə bilərsiniz.

Bu iş "Apple"ın danışıq süni intellekti və geniş dil modeli (Large language model- LLM) hazırlamaq üçün qrup yaratmaq qərarına uyğun aparılır. Maraqlıdır ki, proqram sənayesini dəyişdirən "ChatGPT" kimi dil modellərinin meydana gəlməsi ilə bu plan daha da vacib olub.