90% hallarda ağız qoxusuna diş daşı, kariyes, stomatit, periodontit və başqaları kimi diş problemləri səbəb olur. Foodinfo.az xəbər verir ki, bu barədə Gazeta.Ru-ya Avropa Tibb Mərkəzinin (EMM) stomatoloq-terapevti Pavel Pisarev məlumat verib.

Həkim qeyd edib ki, ağız qoxusu diş kariyesinin, ağız boşluğunun selikli qişasının xəstəliklərinin və keyfiyyətsiz protezlərin ilk əlamətidir. Belə hallarda, qoxu daim hiss olunur və ağız gigiyena vasitələri problemi yalnız müvəqqəti olaraq aradan qaldırır.

Pisarev həmçinin vurğulayıb ki, ağız qoxusunun digər patologiyaların inkişafından xəbəri ola bilər. Məsələn, ammonyakı xatırladan balıq qoxusu böyrək çatışmazlığının xəbərdaredici əlaməti ola bilər.

“Böyrəklərin işi zəhərli kimyəvi maddələri qandan çıxarmaq və sidik əmələ gətirməkdir, lakin onlar artıq tullantıları və təhlükəli toksinləri süzə bilməyəcək qədər zədələnirlərsə, orqanizmin zədələnməsi başlayır. Bu zaman nəfəs balıq qoxusu alır”, - mütəxəssis qeyd edib.

Bundan əlavə, stomatoloq qeyd edib ki, mədə-bağırsaq traktının müxtəlif xəstəlikləri də ağız qoxusuna səbəb ola bilər.

Leyla