
Yuxusuzluq müasir dövrün ən yaygın sağlamlıq problemlərindən biridir. Gecə yuxusunun keyfiyyəti orqanizmin ümumi sağlamlığına təsir edir, bununla yanaşı, gündəlik enerjini və məhsuldarlığı da azaltdığı üçün insanlar təbii həllər axtarır.
Foodinfo.az xəbər verir ki, bəzi təbii qidalar yuxu keyfiyyətini artırmağa kömək edir və təbii yuxu gətirici təsir göstərir. Bu qidalardan bəziləri həmçinin bədənin rahatlamasına, sinir sisteminin sakitləşməsinə dəstək olur.
Şaftalı: Şaftalı yuxu keyfiyyətini artıran melatonin və maqnezium baxımından zəngindir. Yatmazdan əvvəl şaftalı yemək, orqanizmin yuxuya keçişini asanlaşdırır.
Kəsmik: Zülal və triptofan ehtiva edən kəsmik, bədənə yuxu gətirən serotonin hormonunun istehsalını təşviq edir.
Badam: Badamda mövcud olan maqnezium yuxu keyfiyyətini yaxşılaşdırır və əzələlərin rahatlamasına kömək edir.
Banan: Potasyum və maqnezium tərkibi ilə banan, bədənin stressə qarşı dözümlülüyünü artırır və rahat yuxu üçün vacib olan əzələ və sinir sistemini sakitləşdirir.
Yulaf: Yulaf yuxuya daha tez keçməyə kömək edən serotonin və melatonin maddələri ilə zəngindir. Üstəlik, yulafın tərkibindəki lif, qan şəkəri səviyyələrini stabilləşdirir.
Qara şokolad: Kiçik miqdarda tünd şokolad, melatonin istehsalını təşviq edən maddələr ehtiva edir və yuxunun daha dərin olmasını təmin edir.
İncir: Yuxu tənzimləyici xüsusiyyətlərə sahib olan incir, həmçinin bağırsaq florasını yaxşılaşdırır, bu da yaxşı yuxuya gətirib çıxarır.
Yuxu problemini təbii yollarla həll etmək istəyənlər üçün bu qidaları menyuya daxil etmək yaxşı seçim olacaq.