Dünyada, xüsusilə Meksika və Hind mətbəxində üstünlük verilən acı bibərin sağlamlığa faydaları inanılmazdır. Qırmızı acı bibər xüsusilə, xərçəng xəstəliyinə meydan oxuyur. İngiltərədə aparılan bir araşdırma da bunu təsdiqləyib. Acı bibərin içərisində yer alan "kapsaisin" maddəsi şişin böyüməsinə və xərçəng hüceyrələrinin yayılmasına mane olur. Mütəmadi acı bibər yemək beynin endorfin ifraz etməsinə səbəb olur. Endorfin isə morfiyə bənzər ağrıkəsici təsir göstərir. Mədə problemi olanlar diqqətli olmalıdır Acı bibər yeyən insanların mədə və bağırsaqları möhkəm olmalıdır. Əgər hər hansı bir problem varsa, yemək məsləhət deyil. Çünki acı bibər xora, qastrit, hemoroid kimi problemi olan insanların ağrılarını artıra bilər. Acı istiotla arıqlamaq Acı istiot toxluq hissi yaradır. "Kapsaisin" maddəsi mədə və bağırsağın fəaliyyətini sürətləndirərək maddələr mübadiləsini sürətləndirir. Arıqlamaq istəyənlər üçün məsləhətlidir. Bir çox xəstəliyə şəfadır Bronxitin qarşısını almaqda təsirli olan acı bibər soyuqdəymə zamanı effektivdir. Qan şəkərini tarazlaşdırır. Oynaq iltihabına bağlı ağrıları yüngülləşdirir. Acı bibərin ən böyük faydalarından biri insanı xərçənglə yanaşı, iflic və infarkt riskindən qorumasıdır. (Metbuat.az)