
Azərbaycanda son sutkada koronavirusa
142 yeni yoluxma faktı qeydə alınıb,
399 nəfər müalicə olunaraq sağalıb.
Foodinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada
6 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
229 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
222 553 nəfər müalicə olunaraq sağalıb,
3 119 nəfər vəfat edib. Hazırda
4 263 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
7 342, bu günə qədər isə ümumilikdə
2 394 476 test icra olunub.