"Samsung Electronics" şirkəti "Tesla" avtomobilləri üçün kameraların tədarükü barədə müqavilə imzalayıb.

 Foodinfo.az xəbər verir ki, bu barədə "Korea Economic Daily" yazır.

Müqavilənin rəsmi təfərrüatları açıqlanmasa da, ekspertlərin fikrincə söhbət "Cybertruck", "Model S", "Model 3", "Model X" və "Model Y" daxil, müxtəlif elektromobillər üçün 5 meqapikseldən çox təsvir ölçülü olan kameralardan gedir.

Bu kameralar vizual tanınmaya əsaslanan avtonom idarəetmə texnologiyalarının inkişafı və təkmilləşdirilməsində əsas rol oynayacaq.

"Tesla"nın özü idarə olunan avtomobil istehsalındakı hədəflərini nəzərə alsaq, sözügedən əməkdaşlıq hər iki şirkət üçün çox perspektivli ola bilər.

Xatırladaq ki, daha öncə, 2022-ci ildə "Samsung"un "LG Innotek"i əvəz edərək "Tesla" üçün kameraların əsas təchizatçısı ola biləcəyi barədə şayiələr yayılmışdı. İndi isə bu fərziyyələr öz təsdiqini tapır.