Səhər yeməyində tez-tez istifadə etdiyimiz qidalardan biri olan pendir insan üçün çox faydalı bir seçimdir. Təəssüf ki, aldığımız bəzi pendirlər erkən xarab olmağa başlayır. Soyuducuda nə qədər saxlasaq da, bir müddət sonra pendirlər kiflənərək saralmağa başlayır. Əgər tez-tez bu halla qarşılaşırsınızsa, mütləq bu üsulu sınayın. Pendir saxladığınız qaba qənd atıb möcüzənin şahidi olun. 

Foodinfo.az pendirin saxlama şərtlərini təqdim edir:

‌Pendiri şüşə, metal və ya keramika qabda saxlamalıdır.

‌ Qapalı qabda soyuducuya qoyulmalıdır. 

‌Dərin dondurucuda saxlanmamalıdır. 

‌Pendir dərhal istehlak edilməyəcəksə, öz qablaşdırmasında saxlanmalıdır. 

‌Qablaşdırma açıldıqdan sonra onu saxlama qabında və ya qablaşdırma materiallarına bükərək mühafizə etmək lazımdır. 

‌Saçaqlı pendir və ağ pendir qablaşdırması açıldıqdan sonra öz duzlu suyunda saxlanmalıdır. Beləliklə, qida dəyərini və dadını itirmədən uzun müddət saxlanıla bilər. 

‌ Pendir dilimlənməmiş şəkildə saxlanılmalıdır, beləliklə, xarici mühitlə təması minimuma endirilir və xarab olma riski azalır. 

‌Krem pendirlər öz qablaşdırmasında və qapağı bağlı saxlanmalıdır. 

‌Ağ pendirdən başqa pendirlər yuyulmamalı, su ilə təmas pendirin dadını və ətrini itirir. 

‌Ağ pendiri kəsərkən bıçağı islatmaq pendiri hamar şəkildə kəsməyə kömək edir.