Təbii kokos suyu sağlam içki hesab edilsə də, onun gündəlik miqdarı nəzarətdə saxlanılmalıdır. 

Foodinfo.az xəbər verir ki, sağlam insanlar üçün ən uyğun miqdar gündə 150–300 millilitr (1–1,5 stəkan) hesab olunur.

İsti havalarda, idmandan sonra və ya çox tərləyən şəxslər üçün bu həcm 300–400 millilitrə qədər artırıla bilər. Kokos suyu elektrolitlərlə zəngin olduğu üçün bədənin maye balansını bərpa etməyə kömək edir.

Bununla belə, həkimlər xəbərdarlıq edirlər ki, kokos suyunun həddindən artıq qəbulu riskli ola bilər. Tərkibindəki yüksək kalium səbəbindən çox içildikdə ürək ritminə təsir göstərə, mədə narahatlığı yarada və bəzi insanlarda ishala səbəb ola bilər.

Böyrək problemi olanlar, kalium səviyyəsi yüksək olanlar və ya kalium saxlayan təzyiq dərmanı qəbul edən şəxslər kokos suyunu yalnız həkim məsləhəti ilə içməlidirlər.

Bir sözlə, kokos suyu faydalı olsa da, ölçülü istehlak sağlamlıq üçün əsas şərtdir.