Bədəndə yaranan iltihab (inflamasiya) immun sistemimizin infeksiya və zədəyə qarşı təbii reaksiyası olsa da, uzunmüddətli və gizli iltihablar bir çox xroniki xəstəliklərin — ürək-damar, şəkər, oynaq və hətta xərçəng xəstəliklərinin əsas səbəblərindən biri hesab olunur. Xoşbəxtlikdən, bəzi qidalar bu vəziyyəti təbii yollarla azalda bilir.

Foodinfo.az ən güclü iltihabəleyhinə qidaları təqdim edir:

1. Giləmeyvələr antioksidantlarla zəngindir. Onlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq iltihabı azaldır, eyni zamanda hüceyrələri qoruyur.

2. Omega-3 yağ turşuları ilə zəngin olan balıqlar iltihab əleyhinə hormonların istehsalını artırır. Həftədə 2 dəfə yağlı balıq yemək ürək sağlamlığı üçün də vacibdir.

3. Təbii zeytun yağı iltihablı molekulların fəaliyyətini yavaşladır. Salatlara, yeməklərə əlavə edilərək istifadəsi çox faydalıdır.

4. Brokoli, ispanaq, kələm kimi tərəvəzlər C vitamini, lif və antioksidantlarla doludur. Brokolidə olan sulforafan maddəsi güclü iltihabəleyhinə təsir göstərir.

5. Qoz və badam E vitamini və faydalı yağlarla zəngindir. Gündə bir ovuc qoz və ya badam iltihabla mübarizədə təbii silahdır.

6. Zəncəfil və sarımsaq minillərdir iltihab və infeksiyalara qarşı istifadə olunur. Yeməklərə əlavə edilməklə faydası artır. 

İltihabla mübarizə üçün düzgün qidalanma çox önəmlidir. Bu qidaları gündəlik rasiona əlavə edərək dərmansız və təbii yollarla sağlamlığı gücləndirmək mümkündür. Sağlam bədən üçün güclü immunitetə, güclü immunitet üçün isə iltihabsız bir orqanizmə ehtiyac var.